featured-image-67888

“Qalatasaray” Viktor Osimheni İstanbula gətirib.

Msport.az xəbər verir ki, nigeriyalı hücumçunun transferi ilə bağlı “Napoli” ilə danışıqlar yekunlaşıb.

İstanbul klubu bu keçidə görə 75 milyon avro ödəyəcək. “Sarı qırmızılar” 40 milyon avro birbaşa, 35 milyon isə 2026-cı ilin sonuna kimi mərhələli ödəniş edəcəklər. Nigeriyalı ulduzla bu gün rəsmi müqavilə bağlanacaq. Klub rəhbərliyi bunun üçün xüsusi mərasim təşkil edəcək. 26 yaşlı forvardın illik 16 milyon avro qazanacağı bildirilib.

Qeyd edək ki, Osimhen ötən mövsümdə icarə əsasında “Qalatasaray”da oynayıb. O, ötən mövsümdə bütün turnirlərdə 41 matçda 37 qol və 8 ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər