Villianın yeni klubu məlum oldu
“Çelsi”nin sabiq futbolçusu Villian “Qremio” klubuna keçib. Msport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Villianın son klubu yayda tərk etdiyi “Fulhem” olub.
O, əvəllər “Şaxtyor”, “Anji”, “Arsenal”, “Olimpiakos”, “Korintias” kimi klublarda çıxış edib.
Villian iki dəfə İngiltərə çempionu olub və iki dəfə Avropa Liqasını qazanıb. Braziliya millisinin heyətində Copa America-da qalib olub.