“Vilyarreal” 40 yaşlı qolkiperlə müqaviləni yenilədi
“Vilyarreal” futbolçusu Pepe Reyna ilə müqaviləsini uzadıb.
Msport.az xəbər verir ki, 40 yaşlı qolkiperin klubla yeni müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Reyna 2002-2005-ci illərdə “Vilyarreal”da çıxış edib. O, daha sonra 2022-ci ilin yayında “Latsio”dan azad agent kimi La Liqa təmsilçisinə qayıdıb.
Qeyd edək ki, Reyna ötən mövsüm “Vilyarreal”ın heyətində La Liqada 22 oyuna çıxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb.
Royal Türksoy







