featured-image-20040

Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Amsterdam təmsilçisi Argentina millisinin və İspaniyanın “Valensiya” klubunun qapıçısı Xeronimo Rulyinu heyətinə qatıb.

30 yaşlı qolkiperlə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. “Ayaks” bu transferə görə “Vilyarreal”a 8 milyon avro ödəyib. Bonuslarla bu məbləğin 10 milyona çatması mümkündür.

Rulyi 2020-ci iln sentyabr ayındann “Vilyarreal”da forma geyinirdi. O, La Liqa təmsilçisində 80 matça çıxıb.

Bənzər xəbərlər