featured-image-61437

“Real”ın futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanından 1 milyard aro dəyərində 5 illik müqavilə təklifi alması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Msport.az xəbər verir ki, braziliyalı hüumçu ayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

O, karyerasına “kral klubu”nda davam etmək isədiyini vurğulayıb: “Təklif barədə heç nə bilmirəm, mənimlə heç kim danışmayıb. Ümid edirəm ki, burada uzun müddət qala bilərəm, Çempionlar Liqası mənə daha çox şey verir. “Real”da tarix yazmaq istəyirəm”.

Qeyd edək ki, “Real” ötən gecə pley-off mərhələsinin ilk matçında səfərdə “Mançester Siti”yə 3:2 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər