featured-image-64162

“Real”ın hücumçusu Vinisius Junior uzun müddətə futboldan uzaqlaşdırıla bilər.

Msport.az xəbər verir ki, buna səbəb Braziliya millisinin üzvünün menecerliyini edən atası Tassilio Soareşin rəhbərlik etdiyi şirkət vasitəsilə bir neçə peşəkar futbol klubunu almasıdır.

Vinisius hazırda fəal futbolla məşğul olduğu üçün bu əməkdaşlıq maraqların toqquşmasına səbəb ola bilər. Braziliya şirkətlərindən biri bununla bağlı FIFA-ya müraciət edib. Həmin şirkət Vinisiusun 2 illik futboldan uzaqlaşdırılmasını tələb edib.

Qeyd edək ki, 24 yaşlı forvard 2018-ci ildən “Real”ın formasını geyinir.

Bənzər xəbərlər