Vinisius məhkəmədə qalib gəldi
“Real”ın futbolçusu Vinisius Junior brend məsələsi ilə bağlı məhkəmədə qələbə qazanıb.
Msport.az xəbər verir ki, La Korunyalı bir iş adamı 2018-ci ilin noyabrında futbolçunun adını brend kimi qeydiyyatdan keçirmişdi.
Halbuki braziliyalı hücumçu “Vinicius Jr” ticarət nişanını bir il əvvəl rəsmiləşdirmişdi. İş adamı iddia edirdi ki, həmin vaxt Vinisius tanınmırdı və istehlakçılar brendi onunla əlaqələndirmirdilər. Lakin La Korunya və əyalət məhkəmələri futbolçunun xeyrinə qərar çıxarıb, brendin qeydiyyatını ləğv edib və məhkəmə xərclərinin ödənilməsini iş adamının üzərinə qoyub.
Qeyd edək ki, iş adamı daha əvvəl adın Roma imperiyası tarixindən və öz ailəsindən gəldiyini əsas gətirmişdi. Lakin bu arqumentlər 2023-cü ildə məhkəmə tərəfindən rədd edilmişdi.