featured-image-31466

Vinisius Junior “Real”da yeni mövsümdən fərqli nömrə ilə oynayacaq. Msport.az xəbər verir ki, brazilyalı futbolçu Eden Azarın gedişindən sonra “7 nömrə”ni götürüb.

Belçikalı vingerə qədər bu forma Kriştiano Ronaldoya məxsus idi.

Rodriqonu isə bundan sonra 11 nömrəli formada görəcəyik. Ötən mövsüm “11”-də Marko Asensio oynayırdı.

Vinisiusun ötən mövsüm geyindiyi “20 nömrə”ni isə “Rayo Valyekano”dan alınan Fran Qarsiyaya veriblər.

ANAR 

Bənzər xəbərlər