featured-image-61614

Vinisius Junior “Real”la yeni müqavilə imzalamağa çox yaxındır. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Onun sözlərinə görə, braziliyalı futbolçu Mardid klubu ilə 2030-cu ilə qədər nəzərdə tutulan anlaşmaya imza atacaq.

Hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət öncə Vinisiusun nümayəndələri danışıqlar zamanı əmək haqqının qaldırılması tələbini irəli sürmüşdülər.  Onun hazırkı maaşı bonusları da nəzərə alsaq, ili 15 milyon avrodur. Braziliyalı oyunçunun menecerləri illik 25 milyon avro maaş istəyirlər.

Bənzər xəbərlər