featured-image-61916

Səudiyyə Ərəbistanı klubları “Real”ın hücumçusu Vinisius Juniorun transferində israrını davam etdirir.

Msport.az xəbər verir ki, ölkə rəhbərliyi də braziliyalının Pro Liqada çıxış etməsinin ölkə üçün önəmli olduğunu düşünür.

Ərəblər bu keçidi reallaşdırmaq üçün 24 yaşlı forvarda astronomik məbləğdə maaş təklif edib. Belə ki, futbolçu keçidə razılıq versə, 5 illik müqavilə qarşılığında ümumilikdə 1 milyard avro maaş alacaq.

Həmçinin Vinisius tarixin ən bahalı transferinə çevrilə bilər. Çünki ərəblər “Real”a 350 milyon avro təklif etməyə hazırlaşırlar.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir. Onun “kral klubu” ilə sözləşməsi 2027-ci ilə qədərdir.

Bənzər xəbərlər