featured-image-30423

“Real”ın futbolçusu Vinisius Juniora “Valensiya” ilə oyunda göstərilən qırmızı vərəqə ləğv edilib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, Yarışların Keçirilməsi Komitəsi bir neçə saatlıq müzakirədən sonra belə qərara gəlib.

Səbəb kimi oyunun baş hakimində insidet barədə tam informasiya olmaması göstərilir.

Odur ki, braziliyalı futbolçu mayın 24-də “Rayo Valyekano” ilə matçda meydana çıxa biləcək.

Qeyd edək ki, “Valensiya” ilə görüşdə braziliyalı vinger irqçi təhqirlərə məruz qalıb. Vinisius ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə “Valensiya” futbolçuları ilə davada iştirak etdiyindən birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı. Braziliya yığmasıın üzvü karyerasında ilk dəfə meydandan qovulmuşdu.

ANAR 

Bənzər xəbərlər