featured-image-62278

İspaniya La Liqasının XXVI turunda “Betis” keçirilən oyun “Real”ın (1:2) hücumçusu Junior Vinisius üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, braziliyalı hücumçu “kral klubu”nun heyətində 300-cü matçına çıxıb.

24 yaşlı forvard bütün turnirlərdə 300 görüşdə 102 qol vurub, 76 məhsuldar ötürmə verib. O, 2018-ci ildən madridlilərin formasını geyinir.

Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bənzər xəbərlər