featured-image-30396

İspaniya polisi Vinisius Junioru təhqir edən 3 fanatı saxlayıb. Msport.az xəbər verir ki, İspaniya La liqasının 35-ci turunun oyununda “Valensiya” azarkeşləri “Real”ın vingerini meymun adlandırıblar.

Bundan sonra hər iki klubun azarkeşləri arasında münaqişə yaşanıb və oyun 8 dəqiqə dayanıb.

Polis bu matç zamanı irqçi şüarlar səsləndirən 3 fanatın saxlanıldığını bildirib.

Qeyd edək ki, “Valensiya” klubu braziliyalı futbolçunu təhqir edən azarkeşlərin ömürlük stadiona buraxılmayacağını açıqlamışdı.

ANAR

Bənzər xəbərlər