featured-image-30457

“Real”ın futbolçusu Vinisius Juniorun qırmızı vərəqəsi ləğv edilsə də, o, qarşıdakı oyunda meydana çıxmayacaq.

Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, vingerin dizində ağrılar olduğundan İspaniya La Liqasının 36-cı turunda “Rayo Valyekano”ya qarşı forma geyinməyəcək.

Bu gün keçiriləcək görüşü Vinisius tribunalardan izləyəcək.

Braziliya yığmasının üzvünün mayın 27-də “Sevilya”ya qarşı oynaması da sual altındadır.

Vinisius bu mövsüm İspaniya La Liqasında 32 oyun keçirib və 10 qol vurub.

ANAR 

Bənzər xəbərlər