Vircil van Deyk müqavilə imzaladı - RƏSMİ
“Liverpul” aparıcı futbolçusu Vircil van Deyklə bağlı qərarını açıqlayıb.
Msport.az xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə yeni müqavilə imzalanıb.
“Qırmızılar” ulduz futbolçu ilə cari mövsümün sonuna qədər olan sözləşməni daha 2 il müddətinə uzadıb. Van Deyk artıq 2027-ci ilin yayına qədər Premyer Liqa klubunda məxsusdur.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir.