Virtsin “Liverpul”u seçdi
“Bayer”in futbolçusu Florian Virtsin “Liverpul”a keçidi razılaşdırılıb.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, tərəflər transferdə ortaq məxrəcə gəlib. “Mersisaydlılar” Leverkuzen təmsilçisi ilə əlavələr daxil olmaqla 150 milyon avroya çatan paket üçün prinsipial şifahi razılıq əldə edib. Futbolçu tərəfi isə iki həftə əvvəl razılaşıb.
Virts tibbi müayinə və müqavilə üçün hazırlaşır.