featured-image-29762

“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel Belçika millisində karyerasını başa vurub. Msport.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkədə paylaşım edib.

“Uzun müddət düşündükdən sonra qərara aldım ki, yığmada karyeramı yekunlaşdırım. Son 15 ildə ölkəmi təmsil etmək böyük qürur verirdi

İndi ailəmə daha çox vaxt ayırmaq istəyirəm, həm də klubdakı çıxışıma fikrimi yönəltmək niyyətindəyəm. Yığmanın heyətində çıxış edərkən mənə kömək olan hər kəsə təşəkkür edirəm” – Vitsel belə yazıb.

Yarımümdafiəçi Belçika seçməsində 130 oyunda 12 qol vurub və 8 məhsuldar ötürmə verib. O,DÇ-2018-də millinin heyətində bürünc medal qazanıb.

Qeyd edək ki, Belçika Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparır.

ANAR 

Bənzər xəbərlər