featured-image-68307

Belçikalı yarımmüdafiəçi Aksel Vitsel “Jirona”nın təklifini qəbul edib.

Msport.az xəbər verir ki, ayın əvvəlində 36 yaşlı futbolçunun “Udinze”yə keçməyə hazır olduğu bildirilmişdi.

Ancaq o, İtaliya klubundan imtina edərək İspaniyada qalmaq qərarına gəlib. “Jirona” Vitseli son anda transfer etməyi bacarıb. O, Kataloniya klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, son üç mövsümü “Atletiko”da keçirən futbolçu 116 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib. O, Madrid klubunu azad agent kimi tərk edib. “Jirona” isə son mövsümdə La Liqanı turnir cədvəlinin 16-cı pilləsində tamamlayıb.

Bənzər xəbərlər