Vlahoviç Premyer Liqa klubunun əsas hədəfidi
“Nyukasl Yunayted” yay transfer pəncərəsində yeni hücumçuyla güclənmək istəyir.
Msport.az xəbər verir ki, “sağsağanlar” əsas hədəf kimi “Yuventus”un forvardı Duşan Vlahoviçi görür. “Qoca sinyora” serbiyalı futbolçunu satmaq fikrində olmasa da, oyunçunun özü klubda hökm sürən durumdan narazıdı. 23 yaşlı futbolçu komandanın Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə tərk etməyi planlaşdırır.
Qeyd edək ki, Vlahoviç cari mövsüm ərzində 31 oyunda iştirak edib, 11 qol vurub və 4 assist edib.
Royal Türksoy







