Voleybolçular üçün düşərgələr təşkil edilir
Azərbaycan Voleybol Federasiyası (AVF) 16 yaşadək voleybolçu qızlar üçün düşərgələr təşkil edir.
Qurumdan Msport.az-a verilən məlumata görə, ilk düşərgə Qusarda start götürüb və 10 gün davam edəcək.
İdmançılara yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma rəhbərlik edir. Onun köməkçisi isə Hamid Anvaridir.
Burada fiziki və texniki məşqlərlə yanaşı, qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir.
Qeyd edək ki, növbəti düşərgə 16-26 avqust aralığında Qaxda təşkil olunacaq. Düşərgələrə ümumilikdə 22 idmançı cəlb olunub. Sonda onlar arasında seçim aparılacaq və 16 yaşadək (U-16 ) qızlardan ibarət komanda formalaşdırılacaq.