Volkan Dəmirəl: “Ümid edirəm ki, “Qarabağ” “Nyukasl”a qalib gələr”
Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la “Nyukasl” arasında keçiriləcək oyun barədə danışıb.
Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmanın çətin və gərgin keçəcəyini bildirib.
Onun sözlərinə görə, “Qarabağ” bu dəfə də azarkeşlərinə baxımlı oyun nümayiş etdirəcək: “İngiltərə komandalarını hər kəs çox yaxşı tanıyır. Onlara qarşı oynamaq çətindir. Ümid edirəm ki, “Qarabağ” “Nyukasl”a qalib gələr”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq. AZƏRTAC







