featured-image-71131

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq üzvü Volkan Dəmirəl məşqçilik karyerasına qayıdıb.

Msport.az xəbər verir ki, 44 yaşlı keçmiş qapıçı “Gənclərbirliyi”ni çalışdıracaq.

Bunu Superliqa klubunun mətbuat xidmətinin rəhbərli Aykut Çakmaklı açıqlamasında deyib. O, yeni baş məşqçinin bu gün Ankarada olacağını bildirib. Volkan Dəmirəl bu vəzifədə Hüseyn Eroğlunu əvəz edəcək.

Qeyd edək ki, Volkan Demirelin son klubu “Bodrum” olub. O, bu ilin fevral ayında Superliqa klubundan istefaya göndərilmişdi.

Bənzər xəbərlər