featured-image-26142

Gürcüstan millisi bu gün Monqolustanla yoldaşlıq oyunu keçirib.

Msport.az xəbər verir ki, Batumidəki matçda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər. “Sabah”ın hücumçusu David Volkov Gürcüstan yığmasının start heyətində oynayıb.

27 yaşlı forvard bir qol vurub və 1 məhsuldar ötürmə verib. 15-ci dəqiqədə hesabı açan Volkov 58-də Çakvetadzenin fərqlənməsinə şərait yaradıb. O, 71 dəqiqə meydanda olub.

AYXAN

Bənzər xəbərlər