“Vulverhempton” “Real”lını transfer etmək istəyir
“Real Madrid”in futbolçusu Dani Sebalyos İngiltərə Premyer Liqasına keçə bilər.
Msport.az xəbər verir ki, ispaniyalı yarimmüdafiəçi “Vulverhempton”un transfer hədəflərindən biridir. “Kral klubu”yla müqaviləsi yayda bitən futbolçu klubunu dəyişməkdə maraqlıdır. “Canavarlar” 26 yaşlı futbolçu üçün “Atletiko” və “Milan”la mübarizə aparacaq.
Qeyd edək ki, Sebalyos cari mövsüm ərzində 29 oyunda iştirak edib, 1 qol vurub və 4 assist edib.
Royal Türksoy







