Vüsal İsgəndərli Kosovada het-trik etdi
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Malışeva” klubu Kosovo çempionatında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda doğma meydanda “Qilyani” ilə qarşılaşıb.
Oyun “Malışeva”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal matçda het-trik edib. O, 10, 71 və 75-ci dəqiqələrdə fərqlənib.
“Malışeva” 4 oyundan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.







