featured-image-64485

“Real”ın gələcək baş məşqçisi olması gözlənilən “Bayer”in hazırkı çalışdırıcısı Xabi Alonso yay “transfer pəncərəsi” üçün planlarını müəyyənləşdirib.

Msport.az xəbər verir ki, mütəxəssis transferlərlə bağlı “kral klubu”na hansı istəklərini bildirəcəyini artıq dəqiqləşdirib.

O, iki yarımmüdafiəçinin – “Real Sosyedad”dan Martin Subimendi və “Bayer”dən Florian Virtsin transfer olunmasını istəyəcək. Klub hər iki futbolçunu uzun müddətdir izləyir və bilir ki, Subimendi üçün “Arsenal”la, Virts üçün isə “Bavariya” ilə rəqabət aparmaq lazım gələcək. Martinin transferi 60 milyon avroya başa gələ bilər, Virts üçün isə “Bayer” azı 100 milyon avro tələb edəcək.

Alonsonun transfer siyahısında üçüncü ad “Bayer”i azad agent kimi tərk edən mərkəz müdafiəçisi Conatan Tadır. Almaniya millisinin üzvü “Barselona” ilə ilkin razılıq əldə edib. Lakin klubun futbolçunun müqaviləsini vaxtında qeydiyyatdan keçirə bilməmək ehtimalı var.

Bundan əlavə, “Bornmut”un müdafiəçisi Din Heysenin transferi də mümkündür.

Bənzər xəbərlər