Xabi Alonso Bakıda ehtiyat qüvvəyə güvənəcək
Almaniya “Bayer”i UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la bu gün keçiriləcək oyuna ehtiyat qüvvə ilə çıxacaq.
Msport.az xəbər verir ki, baş məşqçi Xabi Alonso Bakıda əsasən az oyun şansı əldə edən futbolçulara güvənəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmada qapını Matey Kovarj qoruyacaq. Oyunlarda adətən sonradan meydana çıxan Yosip Stanisiçlə Pyero İnkapenin ilk dəqiqələrdən müdafiə xəttində qərarlaşacağı gözlənilir.
İspaniyalı mütəxəssis yarımmüdafiədə də Robert Andrix, Natan Telya və Amine Adliyə şans vermək fikrindədir. Zədədən yeni qayıdan hücumçu Patrik Şikin isə iştirakı sual altındadır.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.