Xabi Alonso ilə ilk danışıq
“Liverpul” “Bayer”in baş məşqçisi Xabi Alonsonu baş məşqçi postuna dəvət etməkdə maraqlıdır.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq paylaşım edib.
Mersisayd təmsilçisi artıq mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. Alonso 2022-ci ildən Leverkuzen klubunda işləyir.







