featured-image-40593

“Bayer”in baş məşqçisi Xabi Alonso haqqında yayılan iddialarla bağlı açıqlama verib.

Msport.az xəbər verir ki, Leverkuzen təmsilçisində bu il məğlubiyyətsiz oyunları ilə dünya futbolunun diqqətini özünə çəkən 42 yaşlı mütəxəssis yeni mövsümdə “Real” Madridə keçib-keçməyəcəyinə dair məsələyə qısa münasibət bildirib.

Xarici mediada yayılan xəbərə görə, Alonsonun müqaviləsində “Real”la bağlı xüsusi maddə var. Buna əsasən, “Real”la razılığa gələcəyi halda mütəxəssis müqaviləni erkən ləğv edərək ispan klubuna keçə bilər. “Movistar+” media qurumu Xabi Alonsoya bununla bağlı sual ünvanlayıb. Cavabında o bildirib: “Bunlar müqavilə ilə bağlı məsələlərdir. Mən “Bayer”ə çox bağlıyam”.

Bənzər xəbərlər