featured-image-46735

“Bayer”in baş direktoru Fernando Karro komandanın baş məşqçisi Xabi Alonsonun gələcəyi haqda danışıb.

Msport.az xəbər verir ki, o, mütəxəssisin “Real”a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib

“Bir gün Xabi Alonsonun “Real”ın baş məşqçisi olacağına şübhəm yoxdur. Yeganə sual onun “Real”a nə vaxt müqavilə bağlayacağıdır. Amma olacaq, buna inanın. Mən buna əminəm”.

Qeyd edək ki, 2 gün əvvəl “Bayer” Almaniya Bundesliqasında sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, klub tarixində ilk ölkə çempionluğudur.

Xatırladaq ki, daha əvvəl Xabi Alonsonun 2025-ci ilin yayında “Real”a baş məşqçi təyin olunacağı haqda xəbərlər yayılmışdı.

Bənzər xəbərlər