Xabi Alonso “Real”ın tarixinə düşdü
Xabi Alonso 2025-26 mövsümündə “Real”ın baş məşqçisi kimi La Liqaya möhtəşəm start verib.
Msport.az xəbər verir ki, ispan mütəxəssis ilk 6 turda bütün matçları qələbə ilə başa vurub və komandanın qol fərqi +14 olub.
Müqayisə üçün Karlo Ançelotti 2013-14 mövsümündə ilk 6 turda 5 qələbə qazanmış, məğlubiyyət görməmiş, qol fərqi isə +8 olmuşdu.
Bununla Alonso “Real”ın tarixində ilk turlarda Ançelottinin rekordunu geridə qoyub.