Xabi Alonso seçim qarşısında: “Real”, yoxsa “Bavariya”?
Almaniyanın “Bavariya” klubu baş məşqçisini dəyişmək istəyir.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi yeni mövsümə Tomas Tuxelin rəhbərliyi altında başlamaq niyyətində deyil.
Ölkə çempionu hazırda “Bayer 04″ün sükanı arxasında olan Xabi Alonsoya cəlbedici maaş təklif edib. İspaniya nəhəngi “Real” da Alonsonu baş məşqçi təyin etmək ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, Xabi Alonso 2014-2017-ci illərdə “Bavariya”da, 2009-2014-cü illərdə “Real”da çıxış edib.







