Xabi Alonso Zidanın göstəricisini təkrarladı
Dünən keçirilən “El Klasiko” “Real”ın baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, Alonso “Real”ın baş məşqçisi kimi ilk “El Klasiko”sunu qalibiyyətlə başa vurub.
Ona qədər sonuncu dəfə Zinəddin Zidan bunu bacarıb.
Daha əvvəl isə Joze Mourinyo, Rafael Benites və Karlo Ançelotti debüt “El Klasiko”larında qələbə üzü görməmişdilər.







