Xabi Alonsodan daha bir rekord
“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasında daha bir rekordla yadda qalıb. Msport.az xəbər verir ki, Leverkuzen klubu ispaniyalı mütəxəssisin rəhbərliyi altında səfərdə 28 oyundur ki, uduzmur – 20 qələbə, 8 heç-heçə.
43 yaşlı Alonsoy qədər Almaniyada məşqçilər arasında bu göstəriciyə çatan olmamışdı.
Bundesliqanın 23-cü turunda “Bayer” səfərdə “Holştayn” klubu ilə qarşılaşıb və 2:0 hesabə ilə qələbə qazanıb. Leverkuzen təmsilçisi son dəfə səfərdə 27 may 2023-cü ildə “Bohum”la oyunda uduzub – 0:3.