Xames Messinin nailiyyətini təkrarladı
Kolumbiya millisinin futbolçusu Xames Rodriges ABŞ-də təşkil olunan Amerika Kubokunda uğura imza atıb.
Msport.az-ın məlumatına görə, yarımmüdafiəçi buna Panamaya 5:0 hesabı ilə qalib gəldikləri 1/4 final matçında nail olub.
Təcrübəli oyunçu hazırki turnirdəki assistlərinin sayını beşə çatdırıb.
Daha əvvəl Amerika Kubokunda üç futbolçu bunu bacarıb. 1997-ci ildə Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi beş məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kolumbiya seçməsi yarımfinalda Uruqvay yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 11-də olacaq.