Xames Rodriges Braziliya klubundan ayrıldı
“Real” və “Bayern”in sabiq futbolçusu Xames Rodriges Braziliyanın “San-Paulu” klubundan ayrılıb. Msport.az xəbər verir ki, bir müddət əvvəl insayder Fabritsio Romano bildirmişdi ki, kolumbiyalı hücumçu Avropaya qayıtmaq istəyir.
Xames müqaviləsini pozarkən hətta mükafatlarının müəyyən hissəsindən imtina edib. “Atletiko”, “Betis” və “Latsio”nun forvardla maraqlandığı deyilir.
Rodriges “San Paulu”ya 2023-cü ilin iyulunda azad agent kimi keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.