Xames Rodriqes Braziliya klubuna keçdi
Xames Rodriqes Braziliyanın “San Paulu” klubu ilə müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin iyununa kimidir.
“San Paulu” kolumbiyalı yarımmüdafiəçinin karyerasında 10-cu klub olub.
Maraqlıdır ki, bu komandaların hamısı müxtəlif ölkələri təmsil edir.
Xames buna qədər “Real”, “Bayern”, “Monako”, “Everton”, “Olimpiakos”, “Portu” “Əl Rayan”, “Enviqado” və “Banfild” klublarında çıxış edib.
O, daha çox “Real”da oyun keçirib – 125 matç, 36 qol.
Xames Kolumbiya millisində 90 oyunda 26 qol vurub.







