featured-image-23018

PSJ-nin müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında “Bayern Münhen”ə uduzduqları (0:1) matçı dəyərləndirib.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu çox zəif oynadıqlarını etiraf edib:

“Bu, çox çox gərgin oyun idi. “Bayern Münhen” əla rəqibdir. Biz doğma azarkeşlər qarşısında çıxış etməyimizdən yararlana bilmədik. Topa nəzarət etməyə xarakterimiz çatmadı. Hücumlar daha vertikal olmalı idi.

Təcrübəli futbolçular digərlərini sakitləşdirməlidirlər. Birinci növbədə qalib gəlmək istəyirdik, amma futbolda belə şeylər olur. Fərq etməz, yaxşı ya pis oynayırsan. Sona yalnız nəticə qalır”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər