featured-image-28467

“Barselona”nın baş məşqçisi Xavi “Atletiko” ilə oyunun iştirak ərizəsinə 15 yaşlı hücumçu Lamin Yamalın adını daxil edib.
Msport.az xəbər verir ki, əgər Yamal meydana çıxsa, “Barsa”nın tarixində La Liqada oynamış ən gənc futbolçu olacaq.
Xavi gənc forvardın müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar ona şans verməsi ilə bağlı söz-söhbətləri təkzib edib:
“O, yaxşı məşq edir. Böyük istedadı var və əsas komandada çıxış edə bilər.
Heyətdə olan hər kəsin oynamaq şansı var. Lamin “Barselona” tarixində çox vacib oyunçu ola bilər “.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər