Xavi “Barselona”da qalmasına aydınlıq gətirib
“Barselona”nın baş məşqçisi Xavi komandada qalmasına aydınlıq gətirib. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Kataloniya klubundan ayrılmaq barədə qərar versə də, son anda fikrindən daşınıb:
“Əvvəlcə mən məsuliyyəti hiss etdim və belə düşündüm ki, ən yaxşısı kənara çəkilməkdir. Lakin aylar keçdi və hər şeydə bir əminlik hiss etdim. Mən klub, prezident , idman direktoru, futbolçular tərəfindən dəstəyi görürəm. Bütün bunlar çox vacibdir”.
Xatırladaq ki, Xavi yanvarda bəyan etmişdi ki, mövsümün sonunda “Barsa”nı tərk edəcək. Lakin bu ay rəhbərlik onu fikirindən daşındıra bilib.
Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.