featured-image-42581

İspaniyanın “Barselona” komandasının baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacaq.

Msport.az xəbər verir ki, mütəxəssis bu barədə “Vilyarreal”a 3:5 hesabı ilə uduzduqları La Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında bildirib.

Baş məşqçi iyunun 30-da Kataloniya təmsilçisi ilə vidalaşacağını söyləyib: “Bu, klubun prezidenti, rəhbərliyi ilə müzakirə etdiyim qərardır. “Barselona”nın rəhbərlik dəyişikliyinə ehtiyacı var”.

Qeyd edək ki, Xavi ötən mövsüm “Barselona” ilə İspaniya çempionu olub.

Bənzər xəbərlər