Xavi fikrini dəyişdi – “Barselona”da qalır
“Barselona”nın baş məşqçisi Xavi Ernandes mövsümün sonunda klubdan getmək barədə qərarını dəyişib.
Msport.az xəbər verir ki, İspaniyalı mütəxəssis 2025-ci ilə qədər komandada qalmağa hazırdır.
O, yaxın vaxtlarda klubun prezidenti Joan Laporta və idman direktoru Deku ilə görüşərək əməkdaşlığın mümkün davamını müzakirə edəcək.
Xavinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.