Xavi ilə bağlı verilən qərardan şikayət
İspaniyanın “Barselona” klubu baş məşqçisi Xavi Ernandesin cəzası ilə bağlı qərardan şikayət edəcək.
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyinin fikrincə, mütəxəssis hakimlərə hörmətsizlik etməyib. Onlar sübutlarla birlikdə video da nümayiş etdirəcək.
Martın 21-də “Atletiko” ilə La Liqa matçının hakimi ilə mübahisə etdiyi üçün Xavi 2 oyunluq diskvalifikasiya edilib.
Müraciət uğursuz olarsa, məşqçi “Las Palmas” (30 mart) və “Kadis” (13 aprel) ilə oyunları buraxacaq və aprelin 21-də “Real”la oyun üçün ehtiyat oyunçular skamyasına qayıdacaq.