featured-image-24654

“Barselona”nın prezidenti Joan Laporta baş məşqçi Xavi ilə yeni müqavilə bağlanmasının zəruriliyi bildirib. Msport.az xəbər verir ki, insayder Fabritsio Romano bu varədə məlumat yayıb:

“Düşünürəm ki, biz Xavi ilə müqavilənin müddətini uzatmalıyıq. O, yeni uzunmüddətli müqaviləyə layiqdir. Xavi deyir ki, o yeni anlaşmaya qədər La Liqanı qazanmaq istəyir. Lakin mən artıq uzunmüddətli əməkdaşlığımız barədə razılığa gəlmişəm”.

Xavi “Barsa”da məşqçilik etdiyi dönəmdə İspaniya La Liqasında 118 xal toplayıb. 2008-ci ildə Kataloniya klubunun sükanı arxasına keçən Pep Qvardiola ilk 50 oyunda 117 xal yığmışdı.

Cari mövsümdə “Barselona” 62 xallla 1-ci yeri tutur və “Real”ı 9 xal qabaqlayır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər