featured-image-40162

İspaniyanın “Barselona” klubu baş məşqçisi Xavi Ernandes ilə yollarını ayıra bilər.

Msport.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu gün Çempionlar Liqasının qrup mərhələsinin V turunda Portuqaliyanın “Portu” komandasını məğlub edə bilməsə, 43 yaşlı mütəxəssisin istefaya göndərilməsi gündəmə gələcək.

İddia olunur ki, hətta heç-heçə də ispaniyalı baş məşqçini xilas etməyəcək.

Qeyd edək ki, bu gün reallaşacaq “Barselona” – “Portu” görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar qrupda 9 xalla ilk iki pilləni bölüşürlər.

 

Bənzər xəbərlər