Xavi Messinin qayıdışı haqqında: "Azarkeşlər çox həvəsləniblər"
“Barselona”nın baş məşqçisi Xavi növbətİ Lionel Messinin kluba qayıtmasından danışıb. Msport.az xəbər verir ki, o, azarkeşlərin həmin günü səbirsizliklə gözlədiyini deyib:
“Mən görürəm ki, insanlar Messinin mümkün qayıdışı ilə bağlı çox həvəsləniblər. Artıq ardıcıl iki oyundur ki, stadionda onun adını səsləndirirlər.
Hazırda biz La Liqada qələbə qazanmağa köklənmişik. Ondan sonra baxarıq, görək, nə baş verir”.
35 yaşlı argentinalı futbolçu 2021-ci ilin yayında “Barsa”nı tərk edərək PSJ-yə keçib. Messi bu mövsüm bütün turnirlərdə 33 oyunda 18 qol vurub və 18 məhsuldar ötürmə verib.
O, 18 il Kataloniya klubunun heyətində çıxış edib. Argentina millisinin lideri 11 mövsüm Xavi ilə çiyin-çiyinə oynayıb.
ANAR ABDULLAYEV







