featured-image-24196

Bu gün İspaniya kubokunun yarımfinal mərhələsində “Real” “Santyaqo Bernabeu”da “Barselona”nı qəbul edəcək. Msport.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xavi El Klasiko öncəsində mətbuat konfransında jurnalistlərin suallarını cavabladırıb:

“Santyaqo Bernabeu”ya səfərlər məni həmişə həyəcanlandırır. Mən həvəslə meydana çıxıb oynamaq istərdim. Bu əla hisslərdir, məhz buna görə öz oyunçularıma deyirəm ki, onlar cəsarətli olmalıdırlar.

Bizim vəziyyətimiz yaxşıdır. Titul qazanmaq şansımız var. Meydana qələbə qazanmaq və öz oyunumuzu göstərmək üçün çıxacağıq”,

Qeyd edək ki, “Real” – “Barselona” matçı bu gecə saat 00:00-da start götürəcək.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər