Xavi rəhbərlikdən Fatinin satılmasını istədi
“Barselona” hücumçusu Ansu Fatini satmağa hazırdır.
Msport.az xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi 20 yaşlı futbolçunun daha çox oyun praktikası qazanması üçün onu satışa çıxaracaq. Xavi rəhbərlikdən oyunçunu geri satınalma bəndiylə satılmasını istəyib.
Fatiylə “Atletiko Madrid”, “Sevilya”, “Milan”, “Roma” və “Arsenal” klubları maraqlanır.
Royal Türksoy







