Xavi son 15 ildə “Barselona”nın ikinci ən pis baş məşqçisidir
İspaniyanın “Barselona” komandasının baş məşqçisi Xavi Ernandes 15 ildə bu klubda işləmiş mütəxəssislər arasında ikinci ən aşağı qələbə faizinə malikdir.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Fran Martines araşdırma aparıb.
Onun sözlərinə görə, 43 yaşlı mütəxəssisin qalibiyyət faizi 62,16-dır. O, bu göstəriciyə görə yalnız Ronald Kumanı (58,2 faiz) qabaqlayır.
Qeyd edək ki, “Barselona” 16 turdan sonra La Liqada 34 xalla üçüncü pillədə qərarlaşıb. Komanda ötən gün evdə “Jirona”ya 2:4 hesabı ilə uduzub.







