featured-image-24656

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubuna rəhbərlik etməyin çətin olmasından danışıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis tənqid olunduğunu, təzyiq altlnda işlədiyini bildirib:

“Məni daim ittiham edirlər. Tənqid edirlər. Bu, ağırdır, mənim ailəm və kiçik yaşlı uşaqlarım var. Bir çox amillər var ki, “Barselona”nın baş məşqçisi olmaq sərfəli deyil.

Sənə “çox pissən və ya xarakterin yoxdur” deyəndə adama çox pis təsir edir. Hərdən xəbərin olmur və dostun zəng edir ki, “səni sosial şəbəkələrdə sökürlər”.

Həyatımın ən ağır dönəmi “Barselona”nın baş məşqçisi olduğum vaxtdır. Çox vaxt özümə sual vermişəm ki, buna dəyər? Mənə maddi anlamda heç nə lazım deyil. Mən “Barselona”danam və kluba kömək etmək istəyirəm”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər